Benzema avtoqol vurdu, komandası mərhələ adladı

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu Asiya çempionlar liqasının 1/8 final mərhələsinin cavab matçında evdə Özbəkistanın “Navbahor” klubunu məğlub edib.

Allsport.az xəbər verir ki, ilk oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşmışdı. Cavab matçının əvvəlində “Əl-İttihad”ın hücumçusu Kərim Benzema avtoqolla yadda qalıb. Bununla belə, səudiyyəlilər ulduz hücumçunun səhvini düzəldə bilib – Həmdallah hesabı bərabərləşdirib, Tabatadzenin avtoqolu isə “İttihad”a qələbə qazandırıb – 2:1.

Həmin kateqoriyadan