- Baxış sayı: 36
- 20 İyul 2025 11:49
- Baxış sayı: 171
- İyul 20, 2025
- 0
Berlində cüdo üzrə gənclər arasında Avropa kuboku başa çatıb.
Allsport.az xəbər verir ki, yarışın ikinci – sonuncu günündə milli komandanın 4 üzvü fəxri kürsüyə yüksəlib.
90 kq çəki dərəcəsi Azərbaycan finalı ilə əlamətdar olub. Tuncay Şamil qızıl, Aslan Kotsoyev gümüş medala yiyələnib. 81 kq çəkidə Süleyman Şükürov və +100 kq çəkidə isə Ramazan Əhmədov bürünc medallara sahib çıxıb.
Ötən gün Nihad Məmişov (60 kq), Məhəmməd Musayev (66 kq), Əbil Yusubov (73 kq) gümüş medala, Nizami İmranov (66 kq) və Mehdi Cəfərov (73 kq) isə bürünc medala yiyələnib.
Beləliklə, 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan yığma 34 ölkə arasında medalların əyarına görə kişilərin mübarizəsində birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.