- Baxış sayı: 43
- 31 Avqust 2026 17:50
- Baxış sayı: 147
- Avqust 30, 2026
- 0

Azərbaycanın deflimpiyaçı cüdoçusu Aydın Əzizov Lozannada ilk dəfə keçirilən “Ecole Mont-Olivet Deaf judo masters Top 18” turnirində gümüş medal qazanıb.
Allsport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu dairəvi sistem üzrə keçirilən yarışda 3 görüşə çıxaraq sonda ikinci pilləni tutub.
O, yarış çərçivəsində Qazaxıstan, Fransa və Macarıstan təmsilçiləri ilə qarşılaşıb.
A.Əzizov ilk dəfə təşkil olunan “Masters top 18” turnirində 81 kq çəki dərəcəsində gümüş medal qazanan ilk Azərbaycan idmançısı kimi tarixə düşüb.