- Baxış sayı: 45
- 12 Avqust 2026 15:52
- Baxış sayı: 603
- Avqust 12, 2026
- 0

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan millisi iki medal qazanıb.
Allsport.az xəbər verir ki, yığmamızın üzvü Saleh Sultanov (J1, 81 kq) yarışın bürünc medalına sahib olub.
İdmançımız 1/4 finalda fransalı Siril Jonara məğlub olub. Sultanov təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Jujqovu, bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Mişiko Şiobrişvilini məğlub edib.
Digər paracüdoçumuz İlham Zəkiyev (J1, +95 kq) isə qızıl medal qazanıb.
Zəkiyev yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə qarşılaşıb və rəqibinə ipponla qalib gələrək finala yüksəlib. Finalda ispaniyalı Qarros Suares üzərində ipponla qələbə qazanan idmançı Avropa çempionu tituluna yiyələnib.
Bu, İlham Zəkiyevin karyerasında 10-cu Avropa çempionluğu olub.