- Baxış sayı: 35
- 20 Avqust 2026 14:53

- Baxış sayı: 234
- Avqust 20, 2026
- 0


Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.
Allsport.az xəbər verir ki, Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk yarış günündə 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz qızıl medal qazanıb.
Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adilcan Nurbekeni məğlub edən cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın dövlət himnini səsləndirib.
Bu gün daha üç yeniyetmə cüdoçumuz dünya çempionatında tatamiyə çıxacaq.