Almatıda təlim-məşq toplanışı

Almatıda təlim-məşq toplanışı

Cüdo üzrə Azərbaycan millisi Almatıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Allsport.az xəbər verir ki, avqustun 5-də olimpiya hazırlığı bazasında start götürən toplanış dünyanın 30 ölkəsindən 700-dən çox cüdoçunu bir araya gətirib.

Yığmamızın üzvləri məşqlər çərçivəsində fiziki və texniki hazırlıq üzərində çalışır, müxtəlif ölkələrin cüdoçuları ilə randori sessiyalarında iştirak edirlər.

Qarşıdakı beynəlxalq turnirlərə hazırlıq xarakteri daşıyan beynəlxalq təlim-məşq toplanışı avqustun 15-dək davam edəcək.

Həmin kateqoriyadan