- Baxış sayı: 97
- 10 Sentyabr 2026 17:23
- Baxış sayı: 228
- Sentyabr 13, 2026
- 0

Krakovda keçirilən cüdo üzrə beynəlxalq turnirdə yeniyetmə oğlanlardan ibarət yığmamız uğurla çıxış edib.
Allsport.az xəbər verir ki, U-18 yaş kateqoriyasında mübarizə aparan cüdoçularımız 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla – ümumilikdə 7 medal əldə ediblər.
Əli Abdullayev (-60 kq), Hüseyn Şıxəliyev (-66 kq) və Ömər Atayev (-81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıblar.
Dünyamalı Asdanlı (-66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (-55 kq) və Əli Cəfərov (-66 kq) isə bürünc medala layiq görülüblər.
23 ölkə təmsilçisinin mübarizə apardığı beynəlxalq yarışda U-16 və böyüklər kateqoriyalarında da mükafatçılar müəyyənləşəcək.