Avropa çempionatında 1-ci yer

Avropa çempionatında 1-ci yer

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan millisi uğurla çıxış edib.

Allsport.az xəbər verir ki, fərdi yarışların son günündə yığmamız 1 qızıl və 2 bürünc medal qazanıb.

Süleyman Şükürov (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, idmançımızın karyerasında gənclər arasında ikinci Avropa çempionluğu olub.

Davud Namazlı (100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medal qazanıblar.

Xatırladaq ki, ilk yarış günündə Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) Avropa çempionu adını qazanmışdılar.

Yığmamız gənclər arasında Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vurub.

Azərbaycan 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub.

Həmin kateqoriyadan