Bürünc medal qazandı

Bürünc medal qazandı

Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Lozannada keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

Allsport.az xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Georgi Elbakiyevlə üz-üzə gəlib.

Rəqibini məğlub edən Ö. Rəcəbli bürünc mükafata sahib çıxıb.

Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Vüsal Qələndərzadə (81 kq) medal qazana bilməyib.

Los Anceles-2028 yay olimpiya oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur.

Xatırladaq ki, ötən gün beş idmançı yarışı medalsız başa vurub. “Böyük dəbilqə” avqustun 30-da başa çatacaq.

Həmin kateqoriyadan