- Baxış sayı: 24
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 277
- Sentyabr 17, 2026
- 0
Avropa çempionatı-2016-nın seçmə qrup mərhələsində səfərdə İtaliya millisinə məğlub olan «ay-ulduzlular»ımızın baş məşqçisi Berti Foqts, matçdan sonra mətbuat konfansına çıxıb. Allsport.az saytı xəbər verir ki, almaniyalı mütəxəssis, 1:2 hesablı minimal məğlubiyyəti «2-ci mərtəbədə» zəif oynamaları ilə əlaqələndirib:
“Qazandığı çətin qələbəyə görə İtaliya millisini təbrik edirəm. Müdafiədə iki kobud səhvə yol verdik. Hava toplarındakı səhvlər qapımızdan 2 top buraxmağımıza səbəb oldu. Son 20 dəqiqədə futbolçularımızda hücuma meyilli oynamaq üçün güc qalmamışdı. Belə səhvlərdən dərs çıxarmalıyıq. Standard vəziyyətlərdə belə səhvlərə yol verməməliyik”.