Berti Foqts: Rəqib bizdən üstün idi

“Rusiya millisini təbrik edirəm. Rəqib bizdən həm taktiki, həm texniki cəhətdən güclü idi. Görmək istəmədiyim xeyli səhvlər gördüm. Belə oyunlarda bəzi eksperimentlər edirik. Əks halda, yoldaşlıq oyunlarının mənası olmaz. Bu gün rəqib tək psixoloji cəhətdən yox, həm də sürət baxımından üstün idi”.
Allsport.az saytı xəbər verir ki,  bunu Aərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib. Moskvada beynəlxalq yoldaşlıq oyununda es sahibinə 0:4 hesabı ilə uduzan “ay-ulduzlular”ımızin almaniyalı çalışdırıcısı gələcək matçlarda qalib gəıəcəyinə ümid edib:
Xüsusən, ev oyunlarında biz bütün güclü rəqiblərə sürpriz etməyə qadirik. Mən komandama inanıram. Hələ bu oyunadək Bolqarıstan yığması ilə görüşə çıxacaq start heyəti haqda fikirlərim var idi. Amma bu gün bütün suallara aydınlıq gəldi”.

Həmin kateqoriyadan