“Beşikdaş”ın matçında italiyalı hakim

“Beşikdaş”ın matçında italiyalı hakim

UEFA Avropa liqasının 2026/27 mövsümünün liqa mərhələsində “Beşikdaş” və “Marsel” arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

Allsport.az xəbər verir ki, İstanbulda baş tutacaq qarşılaşmanı İtaliya futbol federasiyasından Andrea Kolombo idarə edəcək.

Ona həmyerliləri Davide İmperiale və Cüzeppe Perotti kömək edəcəklər. Simone Sozza dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR hakimi Maykl Fabbri, AVAR isə Valerio Marini olacaq.

Komandalar arasında qarşılaşma sentyabrın 17-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Həmin kateqoriyadan