«Betmen» də çaşdı

Məşhur «Betmen» komikslərinin müəllifi və brendin bütün hüquqlarının sahibi olan şirkət İspaniya La Liqasında çıxış edən «Valensiya» klubunu məhkəməyə verib. «Allsport.az» xəbər verir ki, sahibkarlar klubun emblemi ilə məşhur film qəhrəmanının məlum işarəsi arasında uyğunluq oldğunu iddia edirlər. Onlar bu xüsusda hətğta Avropa İttifaqının əmtəə nişanlarının qeydiyyatı qurumuna da müraciət ediblər.

Bu iddia İspaniyada dərhal geniş əks-səda doğurub. Çünki «Valensiya» klubu 1919-cu ildən qara yarasa təsvirini özünə emblem seçib. O vaxt nə Betmen var idi, nə də bu imicdən istifadə edən başqa bir qurum.  Ümumiyyətlə, yarasa əsrlərdir İspaniyada məskunlaşmış xalqlar arasında rəmz kimi məşhurdur.

Qeyd edək ki, Betmen obrazı ilk dəfə 1939-cu ilin may ayında «Detective Comics» nəşrinin 27-ci sayında dərc olunub. O, rəssam Bob Keyn ilə yazıçı Bill Fingerin təxəyyülünün məhsuludur. Amma rəsmən yalnız Keyn onun müəllifi sayılır.

Həmin kateqoriyadan