Bilet satışının 3-cü mərhələsi

Mayın 29-da Bakı olimpiya stadionunda Avropa liqasının finalına bilet satışının 3-cü mərhələsi yaxın günlərdə həyata keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, ilkin etapda biletlər UEFA tərəfindən onlayn satışa çıxarılmış, sonra isə Bakı şəhərindəki müxtəlif satış nöqtələrində biletlərin fiziki satışı təşkil olunmuşdu.

Satışın 3-cü mərhələsi üçün ayrılmış biletlər yaxın günlərdə UEFA tərəfindən təqdim olunacaq və paytaxtımızda müxtəlif nöqtələrdə satılacaq.

Biletlərin satışı ilə bağlı əlavə məlumat veriləcək.

Həmin kateqoriyadan