- Baxış sayı: 70
- 15 İyul 2026 00:59
- Baxış sayı: 63
- İyul 15, 2026
- 0

“Sabah” klubu çempionlar liqasının ilk ələməsinin cavab görüşdə səfərdə qalların “Nyu Seynts”ini 2:1 hesabı ilə yenərək növbəti mərhələyə adlayıb. Allsport.az xəbər verir ki, matçdan baş məşqçimiz Valdas Dambrauskas qələbəyə belə şərh verib:
“İlk növbədə futbolçuları, Azərbaycanın idman ictimaiyyətini çempionlar liqasının 2-ci təsnifatına adlaması münasibəti iə təbrik edirəm. Düşünürəm ki, hər 2 oyuna bütöv şəkildə baxsaq, bu qarşılaşma mübarizənin 2-ci hissəsi idi. İlk matçda 2:0 qalib gəlmişdik. Bilirdik ki, rəqib daha açıq futbol oynamalı və daha çox risk etməli olacaq.
Görüşün ilk dəqiqələri meydana və şəraitə uyğunlaşmaqla keçdi. Təxminən 15-20 dəqiqədən sonra oyuna tam daxil olduq. Öncə 1-ci, sonra 2-ci qolu vurduq. Fikrimcə, bu matçda 2-ci yarı bizim üçün daha çox şərti hal daşıdı. Rəqib də, demək olar, mübarizənin bitməsini gözləyirdi. Bəzi futbolçularımız oyun təcrübəsi qazandılar. Əlbəttə, daha 1 qol vurmaq istəyirdik. Buna bir neçə dəfə fürsətimiz oldu. Onların fərqlənməsi səhvimiz nəticəsində baş verdi. Yaxşı olardı ki, görüşü qol buraxmadan keçirək”.