“Bir Azərbaycanlılar” bu göstəricidə avroliqada 1-cidir

UEFA, Avropa liqasının sosial şəbəkə hesabları turnirin qrupunda iştirak edən və hazırlıqlı olan ən yaxşı klubların siyahısını tərtib edib. Allsport.az saytı xəbər verir ki, TOP-10-da “Qarabağ” da qərarlaşıb. Yerli çempionat və avrokubokun nəticələrinə əsasən tərtib edilən siyahıda Ağdam təmsilçisi 1-ci pillədə qərarlaşıb. “Köhlən atlar” son 5 matçın 4-ündə qələbə qazanıb, 1-ində uduzub.

Qurban Qurbanovun komandası “Frayburq”a məğlub olub, sonrakı 4 görüşdə “Sabah”, “Nant” (Fransa), “Zirə” və “Neftçi”yə qalib gəlib. Azərbaycan təmsilçisi növbəti oyununu Avropa liqasının “G” qrupunda 3-cü tur çərçivəsində Yunanıstanda “Olimpiakos”a qarşı keçiriləcək. Oktyabrın 6-da görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ” yeni mövsümdə milli idman geyim brendi “İL’AZERO” ilə anlaşıb. İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri ölkəmizdə yeganə beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir.

Həmin kateqoriyadan