“Bir-birimizi AFFA binasında görürük”

Millimizin baş məşqçisi Canni de Byazi ölkəmizdəki serbiyalı mütəxəssislərlə – U-21-in çalışdırıcısı Milan Obradoviç, gənclərdən ibarət komandaların koordinatoru və U-16-nın baş məşqçisi Miloş Velebitlə münasibətlərindən danışıb.

Allsport.az xəbər verir ki, o, Obradoviçlə çox yaxşı işlədiyini deyib: 

“Finlandiya ilə bugünlərdə heç-heçə bitən oyun onun futbolçularla yaxşı iş gördüyünə işarədir. Bəzən birlikdə brendi içirik. Onunla işləyən futbolçular tezliklə əsas komanda üçün hazır olacaq. Miloşa gəldikdə, onunla yaxşı işbirliyim var, amma ümumiyyətlə bir-birimizi işdə, AFFA binasında görürük”.

Həmin kateqoriyadan