“Bir çox cəhətdən standartlarımızdan aşağı oynadıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta çempionlar liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bavariya” ilə heç-heçəni (2:2) şərh edib.

Allsport.az xəbər verir ki, o, oyuna yaxşı başladıqlarını bildirib:

“Yaxşı başladıq, üstün olduq və rəqiblərimizə heç nə etməyə imkan vermədik. Çox yaxşı qol vurduq, amma bundan dərhal sonra vəziyyət dəyişdi. Biz topu rəqibə verdik, onlar da qol vurdular. İkinci qol da qeyri-adi idi. Biz adətən bunu qaçırmırıq.

Bu, çempionlar liqasıdır: səhvlər burada cəzalandırılır. Bir çox cəhətdən standartlarımızdan aşağı oynadıq”.

Həmin kateqoriyadan