“Biz 100 faiz yox, daha artığını verməyə hazırıq”

“Sabah” klubu Avstriya toplanışında sonuncu yoxlama oyununda “Polisye” (Ukrayna) 1:4 uduzub. Allsport.az saytı xəbər verir ki, bizdən yeganə qolu Velko Simiç vurub. Komandamızın baş məşqçisi Valdas Dambrauskas hazırlığı dəyərləndirib çempionlar liqasının ilk ələməsi öncəsi azarkeşlərə səslənib:

“Əgər “Sabah”ı öz komandanız olaraq seçmisinizsə, sizi çərşənbə axşamı stadionda gözləyirik. Biz 100 faiz yox, daha artığını verməyə hazırıq. Amma bu enerjini birlikdə yaratmaq üçün sizin də yanımızda olmağınıza ehtiyacımız var”.

Həmin kateqoriyadan