“Biz irəli getdik və mən xoşbəxtəm”

İtaliyanın “Milan” klubu “Slaviya”nı problemsiz keçərək, Avropa liqasının favoritlərindən biri statusunu təsdiqləyib.

Allsport.az xəbər verir ki, artıq ilk hissədə italyanlar 3 qol vurdular və onlardan birini vuran portuqaliyalı hücumçu Rafael Leau bunu necə bacardığını oyundan sonra danışdı:

“Gözəl qol, mən tez-tez məşqdə bu finti tətbiq edirəm. Biz irəli getdik və mən xoşbəxtəm. Xüsusilə çempionlar liqasından kənarlaşdırıldıqdan sonra Avropa liqasını qazanmaq istəyirik. Amma indi bizim fikirlərimiz çempionatda “Verona”ya qarşı keçiriləcək növbəti oyunundadır”.

Həmin kateqoriyadan