“Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından da sosis iyi gələ bilər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Macarıstan “Ferentsvaroş”unun futbolçusu Endre Botkanın çempionlar liqasının 3-cü ələməsinin ilk oyunu zamanı Tofiq Bəhramov adına respublika stadionuna kabab iyi və tüstüsünün gəlməsi barədə fikrinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, havanın hamı üçün eyni olduğunu deyib: 

“Bilmirəm, Botka bunu hansı mənada deyib. Hava hamımız üçün eynidir. Əksinə, sərin havada oynanılan məşq daha rahat oynanılır. Qaldı ki, onların burnuna Azərbaycan kababının iyinin gəlməsinə sevinirəm. Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından da sosis iyi gələ bilər.

Biz hamımız azərbaycanlıyıq. Hər bir xalqın öz adət-ənənəsi var. Ümumiyyətlə, əcnəbilər həmişə Azərbaycanda kababdan danışırlar. Kim o kababın dadına baxırsa, arzu edirsə, bir də Azərbaycana gəlmək istəyir. Tüstü 90 dəqiqə olmadı. Sevinirəm ki, bizim kabab haqda məlumatlanacaqlar ki, dad, ləzzət haradan gəlir?”

“Qarabağ” – “Ferentsvaroş” görüşü 1:1 başa çatıb. Bu komandalar arasında avqustun 9-da “Qroupama arena”da cavab oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Həmin kateqoriyadan