Bizdən ən yaxşı “Qarabağ”dır

Bizdən ən yaxşı “Qarabağ”dır

Avropanın top klublarının reytinqi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, cədvəldə qitənin 435 komandası yer alıb. Bizdən ən yaxşı “Qarabağ”dır.

Ağdam klubu 191 xalla 86-cıdır. Qurban Qurbanovun komandası ötən cədvəllə müqayisədə 2 pillə irəliləyib. Buna qazanılan 12 xal səbəb olub.

“Neftçi”nin uğursluğu geriləməyə səbəb olub. “Ağ-qaralar” hesabına 1 xal əlavə etsə də, 1 addım geriləyib. Hazırda “xalq komandası” 30 xalla 240-cı sıradadır.

20 xalı olan “Qəbələ” 286-cı yerdə qalıb.

Həmin kateqoriyadan