“Bizim qələbələr ordumuzun yanında cüzi bir uğurdur”

Bu gün “Qarabağ” Avropa liqasının “H” qrupunun 1-ci turunda Tofiq Bəhramov adına respublika stadionunda Norveçin “Molde” klubuna 1:0 məyus etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov qələbəyə şərh verdi:

“Öncə, xalqımızı təbrik edirəm. Əvvəlcə 44-günlük 2-ci Vətən müharibəsində, sonra şanlı ordumuz qələbənin dadını yenə bizə dadızdırdı. Əsgərlərimiz möhtəşəmdir, hər biri qəhrəmandır. Bizim qələbələr ordumuzun yanında cüzi bir uğurdur. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm.

Bu gün yaxşı çıxış etdik. Düzü, bir az narahat idim. Çox vacib oyun idi, mütləq qalıb gəlməli idik. Rəqib tərifə layiqdir. Yaxşı intizamlı komandadır. Cəbhədən gələn xoş xəbər bizə əlavə güc verdi.

Amma bu qələbə heç kimi aldatmasın. Rəqib evdə sürpriz etməyə hazırdır. Gələcək oyunlarda daha diqqətli olmalıyıq”.

Həmin kateqoriyadan