- Baxış sayı: 37
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 121
- Sentyabr 23, 2026
- 0

“Çelsi”nin baş məşqçisi Enzo Mareska çempionlar liqasının 5-ci turunda “Barselona” ilə oyundan əvvəl sualları cavablandırıb.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis görüşlə bağlı bunu deyib:
“Bizim üçün çətin həftədir. Bu gün “Barselona” ilə, bazar günü isə “Arsenal”la oyunumuz var.
“Barselona”nın yüksək müdafiə xətti vacib amildir, amma top olmadan da diqqətli olmalıyıq. Onlar həmişə çoxlu qol imkanları yaradırlar. Hücum və müdafiə arasında düzgün tarazlığı tapmalıyıq”.
“Barselona” – “Çelsi” oyunu bu gün 00:00-da keçiriləcək.