“Bizim üçün çox vacib matçdır“

Sabah Avropa liqasının 6-cı turunda “Qarabağ” doğma meydanda İsveç “Hekken”ini qəbul edəcək. Allsport.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyun barədə öz fikirlərini açıqlayıb:

“Bu il Avropa liqasında son oyunumuza çıxırıq. Bizim üçün çox vacib matçdır. Futbolçuların demək olar ki, oyuna tam hazırdırlar. Çox yaxşı hazırlıq keçiblər. Sadəcə rəqibin də qarşılaşmaya çox ciddi yanaşdığını görürük. Qrupu xalsız tərk etmək istəmirlər. Biz nəzərə almalıyıq ki, qarşımızda çox istəkli rəqib olacaq.

İnanıram ki, həm psixoloji, həm taktiki cəhətdən futbolçularım oyuna tam hazır olacaqlar. Ən düzgün və ən ağıllı oyunlarını göstərməyə cəhd edəcəklər. Futbolçularıma inanıram. Matça qədər futbolçularımıza daha ətraflı məlumat verəcəyik”.

Həmin kateqoriyadan