“Matçın əvvəlində bir az gərginlik yaşandı”

Bu gün “Qarabağ” premyer liqanın 27-ci turunda səfərdə “Turan Tovuz”a 3:1 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Tovuzda olmaq mənim üçün həmişə xoşdur. Çox xoş qarşılandığımız üçün hər bir azarkeşə təşəkkür edirəm. “Turan Tovuz”a uğurlar arzulayıram. Bizim üçün vacib oyun idi. Həmişə istəmişəm ki, ağır səfərlərdən sonra futbolçularım belə matçlarda xarakter göstərsinlər.

Komanda toparlandı. Matçın əvvəlində bir az gərginlik yaşandı. Futbolçular oyunu ələ ala bildilər və sonda yaxşı qalibiyyət qazandıq. Oyunçularıma təşəkkür edirəm.

Çox sıx qrafikdə idik. Buna dözmək çox vacib idi. Çünki buna peşəkarlıq lazımdır. Futbolçularda bunu gördüm. Öz azarkeşlərimizə də təşəkkür edirəm”.

Həmin kateqoriyadan