“Hər 2 kluba yaxşı nəticə lazımdır“

Sabah “Qarabağ” Avropa liqasının “H” qrupunun 5-ci turunda Norveçdə “Molde”nin qonağı olacaq. Allsport.az xəbər verir ki, oyunundan öncə mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu söyləyib:

“Bizim üçün vacib oyundur. Çox bacarıqlı komandaya qarşı oynayacağıq. “Molde” özünəməxsus oyun sistemi var və bunu çox yaxşı icra edir. Hər 2 kluba yaxşı nəticə lazımdır.

Bəlkə hava şəraiti bizim üçün tam gözlənilməz oldu. Amma meydança amili, həm də hava şəraitini düşünməliyik. Futbolçularım sabahkı oyunda bu günə kimi etdikləri və göstərdikləri xarakterdən daha artığını etməlidir.

Futbolçulara güvənirəm. Sabah istənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”.

Həmin kateqoriyadan