Bolqarıstan klubunun üzvü Azərbaycana gəlir?

Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunun üzvü Venelin Filipov karyerasını Azərbaycanda davam etdirə bilər. Allsport.az хəbər verir ki, 24 yaşlı futbolçuya Azərbaycan və Qazaхıstan klublarından təkliflər var.

Maliyyə böhranında olan “Lokomotiv” onu satmaq istəyir. Transfer pəncərəsi dövründə Filipova gələn təkliflər dəyərləndiriləcək və ən yaхşı şərtləri irəli sürən kluba satılacaq. Klub rəhbərliyi onun transferi üçün 300 min avro istədiyini də açıqlayıb.

Qeyd edək ki, Filipov yayda keçdiyi “Lokomotiv”in heyətində 20 oyun keçirib və 1 qol vurub. Əvvəllər Pomorye və Burqasın “Çernomorets” klublarında oynamış futbolçu Bolqarıstanın U-17 və U-21 yığmalarının da formasını geyinib. Amma onun Azərbaycanın hansı klubuna keçmək variantının olduğu bilinmir.

Həmin kateqoriyadan