- Baxış sayı: 58
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan Dortmund “Borussiya”sı da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Şalke” ilə qarşılaşıb. Matç “Borussiya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, geridə qalan turlarda 29 xal toplayan “Borussiya” ikinci pillədə qərarlaşıb.