“Boz ev” daha hansı komandalara texniki məğlubiyyət verib?

“Boz ev” daha hansı komandalara texniki məğlubiyyət verib?

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra müxtəlif yarışlarla bağlı bu qərarlar qəbul olunub:

Region kiqasında “Salyan” – “Astara” matçında “Astara”nın məşqçisi Qəhrəman Mirzəyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Kürdəmir” – “Füzuli” matçının 85-ci dəqiqəsində “Kürdəmir”in futbolçusu Elşad Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

“Tufan” – “Uğur” matçının 66-cı dəqiqəsində “Tufan”ın futbolçusu Fəqan Məsimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Neftçala” – “Alyans” matçının 63-cü dəqiqəsində “Alyans”ın futbolçusu Tural Məmmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Ağsu Siti” – “İmişli” matçının 25-ci dəqiqəsində “İmişli”nin futbolçusu Allahverdi Fərzəliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Gənclər liqasında “Qarabağ” – “Sabah” matçının 84-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Zamiq Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 liqasında “Mil-Muğan” – “Neftçi” İK İB matçının 66-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Babək Yaqublun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Sumqayıt” – “Keşlə” matçının 78-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Ridan Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 90+3-cü dəqiqəsində “Keşlə”nin digər futbolçusu Murad Salahzadə də ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Səbail” – “Xəzər Lənkəran” matçının 67-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Məhəmməd Ağazadə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

U-16 liqasında “Gəncə TİM” – ROİL matçında ROİL komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-15 liqasında “Qarabağ” – “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə”nin futbolçusu Mahmud Ağayev rəqibi təhqir etdiyinə görə 2 oyun cəzalanıb. Oyunun 44-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Vasif Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 liqasında “Qəbələ” – “Şüvəlan” matçının 54-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Rüfət Bəbəlzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Neftçi” – “Qarabağ” matçının 60-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Hacı İbrahim ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 40-cı dəqiqəsində “Neftçi”nin məşqçisi İlyas Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Sumqayıt” – “Əlincə” matçının 25-ci dəqiqəsində “Əlincə”nin futbolçusu Ayxan Əsgərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 45-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Murad Rüstəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 liqasında “Xətai” – “Səbail” matçının 20-ci dəqiqəsində “Səbail”in futbolçusu Raul Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Liqasında “Neftçi” İK İB – “Sabah” matçının 38-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Həsən Məmmədov və “Sabah”ın futbolçusu Anar Cəbiyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 liqasında “Təhsil” RİM – “Səbail” matçının 49-cu dəqiqəsində “Səbail”in futbolçusu Rəşad Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Yüksək qızlar liqasının “Uğur” FK (Sumqayıt) – “Veqa” (Bakı) matçında “Veqa” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının 2-ci liqasının “Təbriz” – “Atletiko Baku” matçının 27-ci dəqiqəsində “Təbriz”in futzalçısı İlqar Qazıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Hicran” – “Obolon” matçının 23-cü dəqiqəsində “Hicran”ın baş məşqçisi Elşən Ağaverdiyev hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

Azərbaycan çempionatının yüksək liqasının “Neftçi” – “Liman” matçının 23-cü dəqiqəsində “Liman”ın futzalçısı Elsevən Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

1-ci liqasının “Yasamal” FK B – “Füzuli” FK matçının 21-ci dəqiqəsində “Yasamal” FK B klubunun futzalçısı Məhəmməd Osmanovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Green Log” FK – ADBTİA matçının 24-cü dəqiqəsində “Green Log”un futzalçısı Rafail Nağıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
“Metropoliten” FK – U-19 matçının 11-ci dəqiqəsində U-19-un futzalçısı Vladislav Reznov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Həmin kateqoriyadan