- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Türkiyənin “Başağşəhər” klubunun müdafiəçisi Mərd Çəlik Azərbaycanın U-21 millisinə dəvət alıb. Allsport.az xəbər verir ki, 20 yaşlı futbolçu yığmaya ilk dəfə çağırılıb.
Daha öncə federasiya “Başağşəhər”in digər futbolçusu Əmrə Qaplanı millilləşdirmişdi. 19 yaşlı sol cinah müdafiəçi U-21 millisinin Fransa ilə keçirəcəyi matça çağırılıb.
İlin əvvəlində milliləşdirilən “Alanyaspor”un hücumçusu Mustafa Yıldırım da U-21-ə dəvət alıb. O, bundan əvvəl U-19-a çağırılmışdı.
Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də “Kapital Bank Arena”da Fransanı qəbul edəcək.