“Boz ev”də yubiley

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, müxtəlif klublarda çıxış etmiş, gənclər arasında dünya və Avropa çempionu olmuş, hazırda Azərbaycan milli komandasında məşqçi çalışan Arif Əsədovun 50 yaşı tamam olur.

Allsport.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov Arif Əsədovla görüşərək əlamətdar yubileyi münasibətilə federasiya rəhbərliyi adından onu təbrik edib, cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub. Əsədov göstərilən diqqətə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Həmin kateqoriyadan