“Boz ev”dən Ağayev açıqlaması

AFFA Yunanıstanın “Atromitos” klubunda çıxış edən Əmir Ağayevin millimizdə çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb. Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçunun millinin təlim-məşq toplanışına çağırılması ilə bağlı AFFA-dan “Atromitos” klubuna rəsmi dəvət göndərilib.

FIFA-nın müvafiq komissiyasında Əmir Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacaq.

Mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.

Həmin kateqoriyadan