“Brayton”dan 2 transfer

“Brayton” 2 keçmiş İngiltərə millisisinin yarımmüdafiəçisi Ceyms Milner və hücumçusu Denni Uelbek ilə yeni müqavilə imzaladığını elan edib.

Allsport.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin sözləşməsi gələn mövsümün sonuna kimi nəzərdə tutulub. 33 yaşlı Uelbeklə 2026-cı ilin yayına kimi sövdələşmə imzalanıb.

Milner bu mövsüm bütün turnirlərdə 20 “Brayton” matçında 2 məhsuldar ötürmə edib. Uelbek 35 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan