Bu 16 yaşlı oğlan tarixin ən bahalı futbolçusu olacaq. Dünya başını itirib?!

Bu 16 yaşlı oğlan tarixin ən bahalı futbolçusu olacaq. Dünya başını itirib?!

Kataloniyada nəşr olunan “Mundo Deportivo”nun məlumatına görə, “Barselona” klubu, bu yaxınlarda “Pari Sen-Jermen”in dünya transfer rekordunu qırmaq niyyətində olduğunu öyrənib. Fransa təmsilçisi 16 yaşlı Lamin Yamal üçün qarşı tərəfə 250 milyon təklif etməyə hazırdır.

Əvvəllər dünya transfer rekordu da “Barselona” və PSJ-nin işi idi. 2017-ci ildə parislilər braziliyalı Neymarı inanılmaz qiymətə – 222 milyon avroya aldılar. Bu, hələ də futbol tarixində ən bahalı satış alış-verişdir.

Ancaq PSJ yarımmüdfiəçi üçün üçün daha çox pul ödəməyə hazırdır: Mərakeş əsilli oğlanın 17 yaşı tamam olur (Laminin doğum günü 13 iyuldur) və onun ən azı, 10-15 illik uğurlu karyerası var.

Həmin kateqoriyadan