“Bu artıq sondur”

Premyer liqanın 28-ci turunda “Kəpəz” nominal ev sahibi kimi Tofiq Bəhramov adına respublika stadionunda “Qarabağ”a 1:6 uduzub.

Allsport.az xəbər verir ki, gəncəlilərin baş məşqçisi Adil Şükürov oyun haqda danışıb:

“Nəticədən dolayı azarkeşlərimizə görə çox üzgünəm. Onlar bizim üçün dəstək verirlər. Belə nəticə təbii ki, bizi qədər onları da məyus edir. “Qarabağ”ı çempionluğa görə təbrik edirəm. Bu gün üçün vəziyyət belədir. Səhvlərdən nəticə çıxartmalıyıq, irəli baxmalıyıq. Qarşıdakı turlarda, gələcək mövsümdə daha aqressiv, istəkli olmalıyıq. Rəqibi qorumadan oynayan komanda olmalıyıq. Bu gün Azərbaycanda “Qarabağ”a qarşı oynayan bütün komandalar sanki onları qoruyurlar. Fikrimcə, belə şey olmamalıdır. Hamı öz komandasının oyununu oynamalıdır. Aqressivliyi, istəyi necə ki, digərlərinə qarşı göstərirlər eyni şeyi “Qarabağ”a qarşı da etməlidirlər. Daha güclü komandalar olmalıdır. Sona 8 tur qalmış komanda çempion olmamalıdır. Bu artıq sondur”.

Həmin kateqoriyadan