Bu gün baş məşqçilər mətbuatla görüşəcək

Çempionlar liqasının 3-cü təsnifatında “Qarabağ” – “Şerif” (Moldova) oyunundan öncə mətbuat konfranslarının vaxtı bəlli olub. Allsport.az saytı xəbər verir ki, iyulun 24-də “Azərsun arena”da baş məşqçimiz Qurban Qurbanov saat 18:15-də KİV nümayəndələri önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Şerif“in baş məşqçisi isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Moldova təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Klub tərəfindən ayrılmış avtobus media mənsublarını “Azərsun arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.

Həmin kateqoriyadan