“Bu gün bizə 1 xal lazım idi”

9 martda “Kəpəz” premyer liqanın 26-cı turunda Tovuzda “Neftçi” ilə sülh bağladı (3:3). Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında şərti meydan sahiblərinin baş məşqçisi Adil Şükürov bunu açıqladı:

“Allaha çox şükür olsun, stadiona toplaşan azarkeşləri sevindirdik. Tarixi derbidə tamaşaçılar gözəl oyunun şahidi oldular.

Bu gün bizə 1 xal lazım idi, onu da qazandıq. Məqsədimiz premyer liqada qalmaqdadır.

Meydan çatışmamazlığı bizə çətinlik yaradır. Ən uyğun ehtimallar Tovuz və Qəbələdir”.

Həmin kateqoriyadan