“Bu gün hər şey gözəl sonluqla başa çatdı”

Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” – “Hakken” oyunundan (2:1) sonra baş məşqçisimiz Qurban Qurbanov oyun haqda danışıb:

“Futbolçularımı təbrik edirəm. Onlara təşəkkürümü bildirirəm. Azarkeşlərimizi təbrik edirəm. Neçə illərdir ki, belə şansımız olmuşdu, bundan istifadə edə bilməmişdik. Hətta son saniyələrdə belə bir uğur əldə edə bilərdik, əlimizdən qaçmışdı.

Bu gün hər şey gözəl sonluqla başa çatdı. Uzun illər gözlənilən bir uğur əldə olundu. Bunu təkcə biz yox, bütün azarkeşlərimiz, bütün xalqımız gözləyirdi. Onlara görə çox sevinirəm. İnanıram ki, belə bir uğuru əldə etmək həm futbolumuza böyük təkan, həm futbolçularımıza, həm də özümüzə inam verəcək. Böyük, yaxşı komandaların Bakıya gəlməsi, belə turnirlərdə, bəzi oyunlarda nəticə üçün oynamaq ancaq Azərbaycan futboluna fayda verə bilər. Buna görə şadam. Sizə də təşəkkür edirəm, təbrik edirəm. Gərgin oyunlarda daim bizimlə oldunuz”.

Həmin kateqoriyadan