Bu gün icraiyyə komitəsinin iclası olacaq

Bu gün AFFA icraiyyə komitəsinin növbəti iclası keçiriləcək.

Allsport.az xəbər verir ki, tədbir saat 10:00-da Bulvar oteldə start götürəcək.

Toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)

3. AFFA tərəfindən Gəncədə futbol akademiyasının inşasının təsdiqi

4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması

5. Digər məsələlər

Həmin kateqoriyadan