“Bu gün komanda istədiyim dinamikanı nümayiş etdirmir”

Sabah “Qarabağ” çempionlar liqasının 1-ci ələməsinin cavab oyununda (ilk matç 2:1) Bakı olimpiya stadionunda Cəbəllürtariqin “Linkoln” klubu ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Bu gün komanda istədiyim dinamikanı nümayiş etdirmir. Amma narahat deyiləm. Zamanla bunu yoluna qoyacağıq. Yeni legionçuların hazırlığı tam qane etmir.

Bakı bizimdir, doğmadır. Azarkeşləri də düşünmək lazımdır. Olimpiya stadionu iri tutumludur, ot örtüyü həmişə yaxşı vəziyyətdə olur. Sabah buranın dolacağına inanıram.

Statistikaya nəzər yetirdikdə, avrokuboklarda bu stadionda qələbəmiz yoxdur. Ola bilər, oyunumuz alınmayıb. İnanıram ki, bu arenada da qələbələrimiz olacaq”.

Matç saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan