Bu gün Qurban Qurbanov Bazeldə KİV önünə çıxacaq

Konfrans liqasının “H” qrupunda 6-cı turda “Bazel”in qonağı olacaq “Qarabağ” İsveçrəyə səfər edib.

Allsport.az saytı xəbər verir ki, bu gün baş məşqçi Qurban Qurbanov yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək.

Açıq məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Sankt Yakob Park”da baş tutacaq.

“Bazel” – “Qarabağ” matçı dekabrın 9-u saat 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq.

Həmin kateqoriyadan