- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

Sabah “Qarabağ” konfrans liqasının 1/16 finalın ilk görüşündə Marselin “Velodrom” stadionunda eyni adlı şəhərin komandası ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, Fransada keçirilən mətbuat konfransında baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Bu oyun bizim üçün böyük təcrübə olacaq. “Marsel”in böyük avrokubok təcrübəsi, yaxşı futbolçuları və baş məşqçisi var. Öz komandama güvənirəm. Burada layiqli oyun göstərmək, yaxşı mübarizə aparmaq istəyirik.
İlk dəfədir qrupdan çıxmışıq və belə bir oyuna hazırlaşmışıq. Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. İlk matçda rəqibi daha yaxından tanıyacaq, görüşün gedişində onların gücünü tam biləcəyik. Buraya azarkeşlərimizi sevindirmək üçün gəlmişik”.