““Olimpiya” ilə cavab görüşünə buradakından da ciddi yanaşmalıyıq”

“Qarabağ” Avropa liqasının pley-ofunun ilk oyununda Lüblyanada Sloveniyanın “Olimpiya” klubunu 2:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov görüşdən sonra bunu deyib:

“Bu qələbə bizi arxayınlaşdırmamalıdır. Çox yaxşı oyun keçdi. Hər 2 komanda topla rəftarı xoşlayırdı. Düşünülmüş, maraqlı hücumları oldu. Bu, hələ ilk matç idi. “Olimpiya” ilə cavab görüşünə buradakından da ciddi yanaşmalıyıq.

Çünki onların potensialları çox böyükdür. İstənilən vaxt təhlükəli vəziyyətlər yaradırlar. Hər an qol vurmaq qabiliyyətinə malikdirlər. Qarşıdakı 90 dəqiqədə hələ xeyli güc sərf etməli olacağıq”.

Həmin kateqoriyadan