“Bu qrupda hər bir oyunumuz çətin olacaq”

Bu gün Avropa liqasının qrup mərhələsinin püşkatması olub. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” klubu “E” qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə mübarizə aparacaq. Baş məşqçimiz Qurban Qurbanov püşk haqda fikrini belə açıqlayıb:

“Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq. Ötən mövsümdə qrupumzdakı rəqiblər də çətin idi və ağır oyunlar keçirdik.

Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.

Həmin kateqoriyadan