“Bu rəqibə çox inam vermək olmaz”

Bu gün “Qarabağ” konfrans liqasının 2-ci təsnifatının cavab oyununda İsraildə “Aşdod”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov buun söyləyib:

“Oyunun vacibliyini bilirik. Hər 2 komanda istəklidir və qalib gəlmək istəyir. Meydanda ən yaxşısını etməyə və Bakıda keçirilmiş ilk matçdan daha diqqətli oynamağa çalışacağıq.

Mütləq daha diqqətli olmalı və dəqiq oynamalıyıq. Bu rəqibə çox inam vermək olmaz. Topla daha tez davranmalıyıq. Heyətdə ciddi dəyişiklik baş verməyəcək. Komanda olaraq çox istəkliyik. Futbolçular oyuna tam hazırdır”.

Həmin kateqoriyadan