“Biz bu səhvləri edə-edə böyüməliyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Avropa liqasının “G” qrupunun 5-ci turunda Fransada “Nant”a 1:2 uduzduqları oyunla bağlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolla nəticələnən kobud səhvi barədə bunu deyib:

“Bəli, oldu. Amma biz buna hazırlaşmışdıq. Bilirdik ki, rəqib nə cür pressinqlə çıxır. Ümumiyyətlə, o epizoda kimi bizim özümüzün də mərkəzdən çox yaxşı çıxışlarımız oldu. Bunlar normal texniki səhvlərdir. Belə şeylər bütün dünya futbolunda var.

Biz bu səhvləri edə-edə böyüməliyik. Əgər yaxşı futbol oynamaq istəyiriksə, belə şeylərdən qorxmamalıyıq ki, topu uzun vuraq və ya bu mövqedə oynayaq. Çünki futbol ötürmə oyunudur.

Qapıçıdan başlayaraq digər bütün futbolçular bunu bacarmalıdırlar. Ona görə də biz yenə də bundan əl çəkməyəcəyik, daha da yaxşılaşdırmağa çalışacağıq”.

Həmin kateqoriyadan