ETİRAF
“Bu şərtlər altında Berti Foqtsun Azərbaycanda gələcəyi ola bilməz”

Avro-2016-nın seçmə mərhələsində keçirilmiş Xorvatiya – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Berti Foqtsun KİV önünə çıxıb. Allsport.az saytı affa.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis 0:6 hesablı məğlub olduğumuz matçda, adəti üzrə məsuliyyəti üzərindən atıb:

 

“Xorvatiya yığmasını qələbə münasibətilə təbrik edirəm. Hesab oyuna görə oldu. Bu gün bir komanda futbol oynadı, digəri isə fiziki baxımdan hazır deyildi. 3 gün ərzində 2 oyun keçirməyə hazır deyilik. Azərbaycanda klublar avrokubokda oynadıqdan sonda fasilə verilir. Bu isə futbolçuların hazırlığına təsir göstərir.

 

Menecerim AFFA ilə əlaqə saxlayacaq. Bu şərtlər altında Berti Foqtsun Azərbaycanda gələcəyi ola bilməz. Oyundan əvvəl futbolçulara həmişə deyirəm ki, rəqibə yaxın oynamaq lazımdır. Bu gün 20-ci dəqiqədən sonra gücümüz tükəndiyi üçün rəqiblə aradakı məsafə artmağa başladı. Xorvatiya yığması cinahlarda çox güclü oynadı”.

Həmin kateqoriyadan