“Bu təzyiqə davam gətirə bilmədik”

“Qəbələ” konfrans liqasının 2-ci təsnifatının ilk oyununda Mararıstanda “Fehervar”a 1:4 uduzub. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Elmar Baxşıyev yenilgiyə belə şərh verib:

“İki fərqli hissə izlədik. 1-ci hissədə daha çox istədiyimizi meydanda görə bildik. Fasilədən sonra futbolçularımız rəqibin təzyiqi altında oynadı. Bu təzyiqə davam gətirə bilmədik. Ümumi götürsək, komanda formalaşmaqdadır. İnanıram ki, cavab oyununda daha məzmunlu futbol göstərəcəyik.

Qəbələdəki qarşılaşmada əlimizdən gələni etməyə çalışacağıq. Azarkeşlərin zədələnin İlkin Qırtımovu alqışlaması insanlıq adına çox müsbət hərəkətdir. Oyunçuya verdikləri dəstəyə görə onlara təşəkkür edirəm. Göstərdilər ki, futbolu bilirlər. Onun son durumu barədə məlumatımız yoxdur. Ümid edirik ki, ciddi heç nə olmayacaq”.

Həmin kateqoriyadan