“Bu, tamamilə yalandır”

“Mançester Siti”nin və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero karyerasının mümkün bərpası ilə bağlı şayiələrə cavab verib.

Allsport.az xəbər verir ki, 35 yaşlı keçmiş futbolçu bu məlumatı təkzib edib:

“Bu, tamamilə yalandır. Heç bir klubla məşq etmək fikrində deyiləm. Bəzən xəbərlər uydurulur.
Bəli, kardioloqumdan mesaj aldım. Dedi ki, yaxşıyam. Sağlam olmağım vacibdir, lakin məşqlərə ən yüksək səviyyədə qayıtmaq üçün çoxlu müayinələrdən keçməliyəm”.

Həmin kateqoriyadan